Şrift ölçüsü:
A+
A
A-
Kr
04 Aprel 2015

Putinə tuşlanan silahlar

Litva Dövlət Müdafiə Şurasının açıqladığı 2015-2021-ci il üzrə silahlı müdafiə konsepsiyasına görə, bu ölkənin müdafiə xərcləri gələn il 150 milyon dollar artırılacaq.

Gələn ildən Litva zirehli maşınlar, özü hərəkət edən toplar və s. almaq niyyətindədir.

Şura parlamentə quru qoşunlarının ikinci biriqadasının yaradılması üçün qanuna düzəliş etməyi də təklif verib. Həmçinin Polşadan raket əleyhinə müdafiə kompleksi və ABŞ-dan tank əleyhinəsilah almağa qərar verilib.

Son bir neçə ayda Vladimir Putinin Ukraynaya qarşı apardığı siyasət Litvada böyük qorxu yradıb. Buna görə də ölkə parlamenti “Rusiyanın Litvaya hücum etmək təhlükəsinə görə” məcburi hərbi çağırışı bərpa edib./ans/
883 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber