Şrift ölçüsü:
A+
A
A-
Kr
04 Aprel 2015

Ankarada qan donduran iddia

Türkiyə parlamentində son dövrün ən dəhşətli iddiası gündəmə gətirilib. Parlamentdəki CHP qrupunun sədr müavini Levent Gökün Ələddin Ercan adlı Türkiyə vətəndaşı ilə birgə keçirdiyi mətbuat konfransında səslənən açıqlamalar eşidənləri heyrətə gətirib. (On4haber)
Ailəsindən 21 nəfərin İŞİD-ə qoşulduğunu, bunlardan 5-nin öldürüldüyünü deyən Ə.Ercan, Ankaranın Sincan rayonundan yüzlərlə insanın İŞİD-ə qatıldığını bildirib. O, İŞİD yaraqlıları olan uşaqlarını, nəvələrini görmək istəyən ailələrin avtobuslarla piknikə gedirmişlər kimi Suriyaya gəzməyə getdiyini ifadə edib.
“Sincanda insanların beyinlərini yuyurlar, heç kəs bu işlə məşğul olmur. Başıma mükafat qoyublar. Doğma qardaşlarım məni təhdid edir. Göbələk kimi çoxalırlar. Yollar rahatdır, sərhədlər açıqdır. Hər bombardmanda bir-bir cəsədlərə baxıram. Xeyli sayda mənim kimi ailə var. Qorxurlar. Avtobus göndərib, uşaqları aparırlar. Sonra ortada uşaq deyil, öldürülmüş fotoşəkillərini göndərirlər. Diyanətdə bizim vergilərimizlə maaş alan bu hocalar bir fətva vermir. İŞİD müsəlmandırsa, baş kəsmək doğrudursa, müsəlman kimi biz də gedib baş kəsək!”, - deyə Ə.Ercan narahatlıqla bildirib.
Parlamentdəki CHP qrupunun sədr müavini Levent Gök bu iddiaların hökumət tərəfindən araşdırılmalı olduğunu bildirib. Deputat xüsusi xidmət orqanlarının bu hadisə ilə bağlı gördüyü işlərin açıqlanmasını tələb edib./deyerler/
665 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
07.12.16, 10:54
Hətta bir yuxusuz gecə...