Şrift ölçüsü:
A+
A
A-
Kr
04 Aprel 2015

Həsən Ruhani: “Biz ikiüzlü deyilik...”

İran prezidenti Həsən Ruhani Lozannada “altılıq” ölkələri ilə Tehran arasında əldə olunmuş ilkin anlaşmanın şərtlərinə ölkəsinin əməl edəcəyini bildirib. Bu haqda o, xalqa telemüraciətində deyib.

“Dünya qəti şəkildə bilməlidir ki, bizim heç kimi aldatmaq niyyətimiz yoxdur. Biz ikiüzlü də deyilik. Bununla belə, İranın ayrı cür hərəkət eləmək imkanı da var əgər “altılıq” ölkələri – ABŞ, Böyük Britaniya, Fransa, Rusiya, Çin və Almaniya anlaşma şərtlərini pozsa və günün birində başqa yolla getsə”, - deyə İran prezidenti xəbərdarlıq edib.

“Bu gün İran xalqının tarixi yaddaşında qalacaq. Bəziləri hesab edir ki, biz yalnız vuruşa, ya da dünya dövlətlərinə tabe ola bilərik. Biz həm bunu, həm də ikinci yolu rədd edirik. Bizim üçüncü yolumuz da var - dünya ilə əməkdaşlıq” - prezident əlavə edib.

Qeyd edək ki, aprelin 3-də əldə olunan çərçivə sazişi İranın nüvə proqramının ciddi şəkildə ixtisarını və qarşılığında Tehrana qarşı sanksiyaların götürülməsini nəzərdə tutur. Çərçivə sazişi iyunun 30-unda imzalanacaq yekun anlaşma üçün əsas olacaq./musavat/
766 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
06.12.16, 11:00
Mosulda uğurlu əməliyyat
06.12.16, 09:10
40 dərdin dərmanı
03.12.16, 10:37
Putindən