Şrift ölçüsü:
A+
A
A-
Kr
04 Aprel 2015

Hacı Mövsüm Səmədova qarşı təzyiqlər davam edir

Azərbaycan İslam Partiyasının (AİP) hazırda həbsdə olan sədri, hicab məhbusu, ilahiyyatçı Hacı Mövsüm Səmədovun vəziyyəti yaxşı deyil 
Bu barədə islamazeri.az-a açıqlamasında AİP sədr əvəzi Elçin Manafov deyib. O bildirib ki, M.Səmədova qarşı təzyiqlər hələ də davam edir: "AİP sədrinin hazırda əsas problemi ailəsilə gec-gec görüşməsidir. Ona ailəsilə görüşməyə icazə vermirlər. Amma hər bir məhbusun öz hüququdur ki, ailəsilə vaxtı-vaxtında görüşsün. Ona yaxınları tərəfindən sovqat aparılarkən də qəbul edilmir. Həbsxana rəsmiləri həmin sovqatı geri qaytarırlar. Bundan əlavə, partiya liderinin digər problemlərindən biri də onun informasiyadan məhrum olmasıdır. Ona nə qəzet verirlər, nə də mətbuatda, dünyada baş verən hadisələrdən məlumat ötürürlər. Bilirsiniz, insan ac, susuz qala bilər, amma informasiyasız, məlumatsız qalmağı çox cətindir. Onları cəmiyyətdən bir növ təcrid ediblər. Ancaq belə ümumilikdə səhhəti normaldır. Problemli bir şey yoxdur. Amma nə qədər də olmaya, həbsxanadır. Orada yaşayış necə olmalıdır ki?". Xatırladaq ki, AİP lideri Mövsüm Səmədov 2011-ci ilin yanvarın 9-da şərlənərək 12 il müddətinə azadlıqdan məhrum edilib. Hazırda o, Qobustan Qapalı Cəzaçəkmə Müəssisəsində məhkumluq həyatı yaşayır. 
1119 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
29.11.16, 12:22
Dollar 1,79-u keçdi
29.11.16, 09:25
Qış yuxusu
29.11.16, 09:10
PKK qaz borusunu partlatdı