Şrift ölçüsü:
A+
A
A-
Kr
04 Aprel 2015

05 apreldə gözlənilən hava şəraiti

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinin məlumatına görə:
Bakıda və Abşeron yarımadasında
Aprelin 05-də hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, gün ərzində əsasən yağmursuz keçəcəyi gözlənilir. Güclü şimal-qərb küləyi günün ikinci yarısında mülayimləşəcək.
Havanın temperaturu gecə 4-6, gündüz 9-14 dərəcə isti olacaq.
Atmosfer təzyiqi 757 mm civə sütunundan 767 mm civə sütununa yüksələcək, nisbi rütubət 80-90 faiz təşkil edəcək.
Azərbaycanın rayonlarında
Aprelin 05-də gecə və səhər bəzi yerlərdə yağış, dağlıq ərazilərdə sulu qar, qar yağacağı, havanın gündüz əsasən yağmursuz keçəcəyi gözlənilir. Ayrı-ayrı yerlərdə duman olacaq. Qərb küləyi əsəcək, bəzi yerlərdə güclənəcək.
Havanın temperaturunun gecə 4-9, gündüz 14-19, dağlarda gecə 2 dərəcə şaxtadan 3 dərəcəyədək isti, gündüz 6-11 dərəcə isti olacağı gözlənilir.
698 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
Go to TOP