Şrift ölçüsü:
A+
A
A-
Kr
27 Noyabr 2013

ÇL-in qrup mərhələsində V turun oyunları keçirilib

Çempionlar Liqasının qrup mərhələsində V tura start verilib. Apasportun məlumatına görə, ilk oyun günündə E, F, G və H qruplarında qarşılaşmalar keçirilib.

H qrupunun lideri "Barselona" səfərdə "Ayaks"la üz-üzə gəlib. Hollandiya təmsilçisini ilk oyunda 4 cavabsız qolla məğlub edən Kataloniya klubu bu dəfə də rəqibinə 2:1 hesabı ilə məğlub olub. Qrupun digər matçında isə Şotlandiya "Seltik"i öz meydanında "Milan"a 3 cavabsız qolla məğlub olub.

“Land of fire Azerbaijan” formalı “Atletiko” Rusiyada “Zenit”in qonağı olub. Qrupdakı oyunların hamısında qalib gələn Madrid təmsilçisi bu dəfə büdrəyib. İspanlar evdə 3:1 hesabı ilə üstələdiyi rəqibi ilə 1:1 bərabərə qalıb.

F qrupunda da maraqlı oyunlar keçiriləcək. Lider “Arsenal” evdə “Marsel”i, Dortmund “Borussiya”sı da “Napoli” məğlub edib.

Qeyd edək ki, ÇL-də V turun oyunlarına bu gün keçiriləcək 8 qarşılaşma ilə yekunlaşacaq.

Çempionlar Liqası

V tur

26 noyabr

E qrupu

“Bazel” (İsveçrə) - “Çelsi” (İngiltərə) - 1:0
QOL: Salah, 87

“Styaua” (Rumıniya) - “Şalke” (Almaniya) - 0:0

F qrupu

“Borussiya” (Dortmund, Almaniya) - “Napoli” (İtaliya) - 3:1
QOL: Reus, 10 (pen), Blaşikovski, 60, Aubameyaq, 78 - İnsiqne, 71

“Arsenal” (İngiltərə) - “Marsel” (Fransa) - 2:0
QOL: Vilşere, 1, 65

G qrupu

"Zenit" (Rusiya) - "Atletiko" (İspaniya) - 1:1
QOL: Alderveyreld, 74 (avtoqol) - Adrian, 53

"Porto" (Portuqaliya) - "Austriya" (Avstriya) - 1:1
QOL: Martines, 48 - Kyenast, 11

H qrupu

“Ayaks” (Hollandiya) - “Barselona” (İspaniya) - 2:1
QOL: Serero, 19, Hoesen, 41 - Hernandes, 49 (pen)
Qırmızı vərəqə: Veltman, 48 (“Ayaks”)

“Seltik” (Şotlandiya) - “Milan” (İtaliya) - 0:3
QOL: Kaka, 13, Zapata, 49, Balotelli, 60
1927 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber