Şrift ölçüsü:
A+
A
A-
Kr
05 Aprel 2015

“İŞİD”-çilər arasında ölümcül infeksiya yayılıb

“İŞİD” terror qruplaşmasının üzvləri ölümcül virus infeksiyasına tutulublar. Bu xəstəlik nəticəsində insan sözün həqiqi mənasında diri-diri çürüyür.

Söhbət tropik xəstəlik olan və tropik ağcaqanadların sancması nəticəsində insana keçən leyşmaniozdur. Dişləmə nəticəsində dəri və dərialtı toxumalar zədələnir. Artıq 100 mindən artıq terrorçunun həmin virusa yoluxduğu deyilir.

Zahirən xəstəlik böyük açıq yara təsiri bağışlayır və əgər vaxtında adi tibbi müdaxilə edilməsə letal sonluğa gətirir. Ancaq silahlıların təbabəti günah sayaraq ondan imtina eləməsi, habelə antisanitariyanın yayılması və elementar gigiyenanın olmaması leyşmaniozun terrorçular arasında geniş yayılmasına gətirib.

“The Sun” Britaniya nəşrinin yazdığına görə, yoluxmanın ən böyük ocağı “İŞİD”-in paytaxt elan elədiyi Rakkadıdr və epidemiyaya keçə bilər.

Qeyri-hökumət təşkilatı olan “Sərhədsiz həkimlər”in fəalları öncə yayılan virusla mübarizə aparmağa cəhd eləsələr də, öz həyatlarına daim təhlükə olması səbəbindən yerli tibb işçiləri kimi işğal edilən əraziləri tərk ediblər./musavat/
700 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
07.12.16, 10:54
Hətta bir yuxusuz gecə...
06.12.16, 11:00
Mosulda uğurlu əməliyyat
06.12.16, 09:10
40 dərdin dərmanı
06.12.16, 08:07