Şrift ölçüsü:
A+
A
A-
Kr
05 Aprel 2015

Rusiya 160 nəfəri təxliyə edib

Rusiyanın təyyarəsi Rusiya və başqa ölkələrin vətəndaşlarını Yəməndən Moskvaya gətirib.

İl-62 sərnişin təyyarəsi şənbədən bazara keçən gecə Moskva ətrafı Çkalovsk aerodromunda eniş edib. Bu, Yəməndən insanları təxliyə edən artıq dördüncü təyyarədir. Sərnişinlər içərisində Rusiya, Özbəkistan, Tacikistan, Ukrayna, Yəmən, Qırğızıstan, Kuba və İraq vətəndaşları olub.

Bildirilir ki, cəmi 160 nəfər olan sərnişinlərin 23-ü uşaq olub. Sərnişinlərin hamısı gömrük və tibbi yoxlamadan keçiriliblər. Daha sonra isə Moskvada qalanlar mehmanxanalara, səyahətini davam etdirənlər isə aeroport və vağzallara aparılıb.

Yəməndəki hərbi əməliyyatlar səbəbindən uşaqları ilə birlikdə ölkəni tərk etməyə məcbur olan sərnişinlərdən birinin sözlərinə görə, ölkədə təxliyə olunmaq istəyənlərin siyahısında daha 1000 nəfər var.
745 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
16.01.17, 22:26
CHP son yola əl atır
15.01.17, 14:42
Hərbçimiz şəhid oldu
14.01.17, 12:40
Qusara 17 sm qar yağdı
14.01.17, 11:52
Mübarizə yolumuz