Şrift ölçüsü:
A+
A
A-
Kr
05 Aprel 2015

İraq baş naziri ABŞ-ın İŞİD-lə mübarizədə rolunu tənqid etdi

İraqın baş naziri Heydər əl-İbadi ABŞ prezidenti Barak Obama ilə aprel ayının 14-nə təyin olunmuş rəsmi görüş öncəsi Birləşmiş Ştatların İŞİD terror qruplaşmasına qarşı mübarizədə rolunu tənqid edib.
"RİA Novosti"nin verdiyi xəbərə görə, əl-İbadi jurnalistlərə açıqlamasında bu barədə bildirib: "İŞİD terrorçuları İraqı demək olar ki, mühasirəyə alanda, ABŞ heç bir şey etmədi".
İraq baş naziri həmçinin bildirib ki, rəsmi Vaşinqton hökumətini İraqa İŞİD terror qruplaşmasına qarşı mübarizədə tez və effektiv yardım etməyib.
Əl-İbadi həmçinin İranın İraqa İŞİD terror qruplaşmasına qarşı mübarizədə etdiyi yardımı yüksək qiymətləndirərək qeyd edib ki, İran İraqı silah və hərbi məsləhətçilərlə təmin etdi. İran İraqa İŞİD-ə qarşı mübarizə aparmaqda yardım edən ilk ölkə oldu./deyerler/
737 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
0