Şrift ölçüsü:
A+
A
A-
Kr
06 Aprel 2015

Husi inqilabçıları Ədən şəhərini ələ keçirir

Yəməndəki Husi inqilabçıları Səudiyyə Ərəbistanın onlara qarşı hava zərbələrinə baxmayaraq ölkənin “ikinci paytaxtı” – cənubdakı Ədən şəhərini ələ keçirməkdə davam edirlər.

Hazırda qiyamçılarla prezident Mənsur Hadiyə sadiq qüvvələr arasında qızğın döyüşlər gedir.

Səudiyyənin başçılıq etdiyi ərəb koalisiyası Qırmızı Xaçın Yəmənə humanitar yardım gətirməsinə imkan yaradacağını vəd edib. Ötən şənbə Qırtmızı Xaç Ədəndə 24 saatlıq atəşkəsə çağırış etmişdi.

Husilər bildirirlər ki, onların tələbi prezident Hadi hökumətinin rəsmi istefasıdır. İnqilabçıları “Ərəb baharı” zamanı devrilən, keçmiş prezident Əli Abdullah Salehin tərəfdarları dəstəkləyirlər.

Qeyd edək ki, martın 26-dan bəri Yəməndəki zorakılıqlarda 185 nəfər həlak olub.
663 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
08.12.16, 10:35