Şrift ölçüsü:
A+
A
A-
Kr
06 Aprel 2015

Səudiyyənin şiələr yaşayan şəhərində atışma olub

Səudiyyə Ərəbistanının Katif dairəsinin Əvamiyə şəhərində baş verən atışma zamanı bir polis əməkdaşı ölüb, daha üç nəfər yaralanıb.
BBC xəbər verir ki, hakim vəhabi dairələrin məlumatına görə, Katifdə əsasən şiələr yaşayır.
Vəhabi qanun keşikçilərinin işi şiə fəalların istifadə etdikləri sığınacaqları tapmaq olub. Və bu zaman onlara atəş açılıb.
Axtarışlar zamanı silah ehtiyatları və telekommunikasiya avadanlıqları aşkar edilib.
Səudiyyə Ərəbistanında yaşayan şiələr hakimiyyəti ayrı-seçkilikdə ittiham edirlər. Onlar hakimiyyətin bu siyasəti nəticəsində dövlət və hərbi vəzifələrdən kənarda qaldıqlarını bildirirlər.
769 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
29.11.16, 12:24