Şrift ölçüsü:
A+
A
A-
Kr
06 Aprel 2015

Çexiya prezidenti qapılarını ABŞ səfiri üçün bağlı elan etdi

Çexiya prezidenti Miloş Zeman ABŞ səfirini Praqadakı hökumət binasında daxil olmasına qadağa qoyub.

İnterAz "Reuters"-ə istinadən xəbər verir ki, ABŞ-ın bu ölkədəki fövqəladə və səlahiyyətli səfiri Endryu Şapiro Çexiya hökumətinin Moskvada keçiriləcək İkinci Dünya müharibəsinin bitməsinin 70-ci ildönümü mərasimində iştirak etmə qərarına qarşı tənqidi fikirlər səsləndirib və Çexiya hökumətinin kəskin etirazı ilə qarşılaşıb.

"Mən təsəvvür etmirəm ki, bizim Vaşinqtondakı səfirimiz hara səfər etməsi barədə Amerika prezidentinə məsləhətlər versin. Mən heç bir səfirə icazə vermərəm ki, mənim xarici səfərlərimi müzakirəyə qoysun. Bu baxımdan, səfir Şapironu saraya (Praqa qalasına - prezidentin rəsmi iqamətgahı - red.) daxil olmağı qadağan edirəm." - Çexiya prezidenti yerli media qurumuna müsahibəsində deyib.

Prezidentin mətbuat xidmətindən bildiriblər ki, Endryu Şapiro qadağaya baxmayaraq iqamətgahda keçiriləcək yalnız ictimai məzmunlu tədbirlərdə iştirak edə bilər.

Bildirək ki, ötən həftə amerikalı səfir Endryu Şapiro Çexiyada televiziyaya verdiyi müsahibədə prezident Zemanın Moskvadakı tədbirdə iştirakını "qeyri-münasib" adlandırmışdı.
623 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber