Şrift ölçüsü:
A+
A
A-
Kr
06 Aprel 2015

Kiyev Donbası Putinə verir

İki ay öncə Minskdə Vladimir Putinlə görüşən Ukrayna lideri Pyotr Poroşenko Donbası Rusiyaya təklif edib.

Bu barədə Rusiya lideri Vladimir Putin iş adamları ilə gizli görüşündə bildirib. Görüşün detalları "Forbes" tərəfindən bu gün dərc edilib. Görüşdə iştirak etmiş mənbələrdən birinin "Forbes"ə verdiyi məlumata görə, Putin Poroşenko ilə görüşünü belə təsvir edib: "O, (Poroşenko - red.) birbaşa mənə dedi: "Donbası götürün". Mən ona cavab verdim: "Sayıqlayırsan? Mənə Donbas lazım deyil. Əgər sizə də lazım deyilsə, onda müstəqilliyini elan edin"".

Poroşenko isə Ukraynanın bu addımı ata bilməyəcəyini bildirib. Putin isə tələb edib ki, Ukrayna Donbasda bank sistemini bərpa eləməlidir, əhaliyə pensiya və müavinətləri ödəməlidir. Poroşenko Putinə Donbası maliyyə himayəsinə götürməyi təklif edib, Putin isə bunu qeyri-mümkün sayıb. Bildirib ki, hələ ki, Donbas Ukraynanın tərkib hissəsidir, buna görə də bütün ödənişləri Ukrayna eləməlidir./ans/
796 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
07.12.16, 10:54
Hətta bir yuxusuz gecə...
06.12.16, 11:00
Mosulda uğurlu əməliyyat
06.12.16, 09:10
40 dərdin dərmanı
05.12.16, 10:23