Şrift ölçüsü:
A+
A
A-
Kr
07 Oktyabr 2013

Hərbi maşınımız dərəyə yuvarlanıb

Azərbaycanda hərbi maşın dərəyə yuvarlanıb, ölən və yaralanan var

Azərbaycanda hərbi maşın qəzaya uğrayıb. Hadisə Naxçıvan Muxtar Respublikasında qeydə alınıb.

Müdafiə Nazirliyinin “N” saylı hərbi hissəsinə məxsus “Ural” markalı yük maşını dərəyə yuvarlanıb.

Nəticədə sürücü, müddətdən artıq xidmət edən hərbi qulluqçu, 1974-cü il təvəllüdlü Məmməd Hüseyn oğlu Hüseynov yerindəcə keçinib.

Maşında olan əsgər İlkin Orucov isə müxtəlif bədən xəsarətləri ilə hərbi hospitala yerləşdirilib. Faktla bağlı araşdırma aparılır. /Apa
1729 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
30.11.16, 10:02