Şrift ölçüsü:
A+
A
A-
Kr
06 Aprel 2015

Marneulidə azərbaycanlılar yaşayan kənddə etiraz aksiyası keçirilib

Martın 5-də azərbaycanlıların kompakt yaşadığı Marneuli rayonunun Ermənistanla sərhəd zolağında yerləşən Ulaşlı kəndində etiraz aksiyası keçirilib. Aksiya iştirakçıları rayon rəhbərliyindən mal-qara üçün örüş sahəsi tələb ediblər. Onlar əvvəllər kəndə məxsus olan 350 hektar örüş sahəsi və bir çox torpaq sahələrinin 2010-cu ildə rayon bələdiyyəsinin deputatı Rauf Bəkirov və digər şəxslər tərəfindən biçənək sahələri kimi qanunsuz özəlləşdirildiyini bildiriblər.

Marneuli rayon icra hakimiyyəti başçısının müavinləri Temur Beridze və Kamandar İsmayılov, həmçinin Vahid Milli Hərəkat Partiyasının Marneuli rayon şöbəsinin rəhbəri Əhməd İmamquliyev Ulaşlı kəndinə gedərək sakinlərlə görüşüblər. Ə. İmamquliyev bir qrup kənd sakini ilə birlikdə sərhəddə yerləşən sahəyə baxış keçirib.

Marneuli rayon icra hakimiyyətinin nümayəndələri kənd sakinlərinə torpaq sahələrinin özəlləşdirilməsi məsləsinin yenidən yoxlanacağını və onlara rəsmi şəkildə cavab veriləcəyini bildiriblər./apa/
731 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
08.12.16, 07:42