Şrift ölçüsü:
A+
A
A-
Kr
06 Aprel 2015

Muqtəda Sədr: Heç bir məsələdə ABŞ ilə əməkdaşlıq etməyəcəyik

Muqtəda əs-Sədr, ABŞ rəhbərliyi altındakı koalisiyanın İŞİD-ə qarşı hərbi müdaxiləsini rədd etdiklərini qeyd edib.

Şiə icmasının lideri Muqtəda Sədr İraq Məclisinin sədri Səlim əl-Cuburiylə bir araya gəldikdən sonra jurnalistlərə verdiyi açıqlamada bildirib ki, görüş zamanı İraq və Yaxın Şərqdəki proseslər müzakirə olunub. Tikritin azad edilməsində liderlik edən ordu və milislərə təşəkkür edən Sədr, Tikrit xalqının evlərinə qayıdaraq şəhərin dağıntılardan təmizlənməsi və abadlığı üçün çalışacaqlarını dilə gətirib.

ABŞ rəhbərliyi altında İraqda İŞİD-ə qarşı əməliyyatları pislədiklərini ifadə edən Sədr bildirib ki, Koalisiya qüvvələrinin iştirak etdiyi hər hansı bir hərbi əməliyyatda iştirak etməyəcəyik. Hərbi və heç bir mövzuda onlarla əməkdaşlığa razı olmayacıq ./islaminsesi/
685 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber