Şrift ölçüsü:
A+
A
A-
Kr
06 Aprel 2015

Husilər hücumun dayanacağı təqdirdə danışıqlara başlayacaqlarını bildiriblər

"Biz hələ də danışıqlar aparmaq mövqeyimizdə israrlıyıq, lakin, bunun başlaması üçün təcavüzün dayanmasını tələb edirik.”

İnterAz-ın "al-Alam"–a istinadla verdiyi xəbərə görə, bunu husilərin "Ənsarullah" hərəkatının tanınmış lideri Saleh əs-Səmmad deyib.

Husi lideri həmçinin bəyan edib ki, onların cənubdakı əməliyyatları "əl-Qaidə"yə əleyhinə aparılır.

Qeyd edək ki, Səudiyyə Ərəbistanın Yəmənə hücumu 12 gündür ki, davam edir. Ötən gün Yəmənin əl-Hudeyda əyalətində bir neçə obyektə və hərəkətdə olan maşınlara hava zərbələri endirilib. Burada 4 dinc sakin həlak olub bir neçəsi yaralanıb.

Bununla yanaşı, Ədən əyalətində də husilər və ordu qüvvələri ilə ölkədən qaçmış prezident Abdu-Rabbih Mansur Hadinin tərəfdarları arasında şiddətli qarşıdurmalar gedib. Husilər və tərəfdarları Ədənin dəniz limanını tutsalar da, ötən günün döyüşlərində 40-a yaxın itki veriblər. Qarşı tərəf isə 12 itki verib.
834 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
26.06.17, 09:59
"Danışmaq yasaqdır"
Go to TOP