Şrift ölçüsü:
A+
A
A-
Kr
06 Aprel 2015

Gül kələminin inanılmaz faydaları

Sizə olduqca faydalı, vitaminlərlə zəngin bir tərəvəz haqqında danışacağıq.Gün ərzində bu tərəvəzdən 50 qram yemək insanı cavanlaşdırmaqla yanaşı, hətta xərçəng xəstəliyinin müalicəsinə də kömək edir.

Dadlı,təravətli və faydalı. Zəngin vitamin tərkibinə malik olan bu tərəvəz bir çox xəstəliklərə də dərmandır.

Alimlərin araşdırmalarına görə, C vitaminin miqdarı gül kələmində limondan da çoxdur. Bu səbəbdən gül kələmi insanın immun sisteminə çox müsbət təsir edir, orqanizmin infeksiyalara dözümünü artırır, qocalma prosesini ləngidir.

Gül kələmi qəbizliklə də mübarizə etməyə kömək edir, ödün ifrazını artırır, həzm proseslərini stimullaşdırır. Gül kələmi orqanizm tərəfindən daha asan mənimsənilir və köp və digər pozulmalara səbəb olmur.

Gül kələmi həzm sisteminin selikli qişalarını qıcıqlandırmır və bu səbəbdən 1 yaşına qədər olan körpə uşaqların ilk əlavə qidalanmasında müxtəlif suplar və pürelərin hazırlanmasında geniş istifadə olunur.

Gül kələmi həm də azkalorili məhsuldur.

Həkimlər sübut edir ki, gül kələmi xərçəng əleyhinə təsirə malikdir, xərçəng hüceyrələrin inkişafını ləngidir. Qanın tərkibini yaxşılaşdırır, damarları möhkəmləndirir, mübadilə prosesləri normallaşdırır.
795 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
06.12.16, 11:00
Mosulda uğurlu əməliyyat
06.12.16, 09:10
40 dərdin dərmanı