Şrift ölçüsü:
A+
A
A-
Kr
06 Aprel 2015

Rusiya miqrantlar üçün şərtləri ağırlaşdırdı

Rusiyada yaşamaq və işləmək, müvəqqəti qeydiyyatdan keçmək istəyən miqrantlar üçün rus dili, tarix və hüquq üzrə kompleks test mürəkkəbləşdiriləcək.

Bu barədə Rusiya Xalqlar Dostluğu Universitetinin xarici tələbələr üzrə prorektoru Anjela Doljikova bildirib. Onun sözlərinə görə, testə beş yeni sual əlavə ediləcək və xaricilər həmin suallara cavabları özləri yazacaqlar. Xaricilər üçün leksik minimum da artırılacaq və 1250 rus sözünə çatdırılacaq.

Mənbənin məlumatına görə, ilin əvvəlindən bütün Rusiya üzrə 440 min miqrant kompleks imtahan verib və onların 95%-i müvafiq sertifikat alıb. İş icazəsi almaq istəyənlər üçün imtahanın tam qiyməti 4900 rubl (87 dollar) təşkil edir, amma miqrant yaşamaq icazəsi almaq istəyirsə 5300 rubl (94 dollar) ödəməlidir. Bir sıra ucqar regionlarda isə imtahanın qiyməti daha yüksəkdir, məsələn, Norilskdə 25 min rubl (440) təşkil edir./ans/
682 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
07.12.16, 10:54
Hətta bir yuxusuz gecə...
06.12.16, 11:44