Şrift ölçüsü:
A+
A
A-
Kr
06 Aprel 2015

Milli Şuranın mitinqi Türkiyə mediasında

Milli Şuranın 5 aprel tarixində keçiridiyi mitinq Türkiyə mediasında işıqlandırılıb. Türkiyənin dunyabulteni.net xəbər portalında tirajlanan xəbərin tərcüməsini təqdim edirik:

Bakıda müxalifət düşərgəsini təmsil edən Milli Şura hökumətin devalvasiya qərarından sonrakı qiymət artımına qarşı mitinq keçirib.

Bakıda yerləşən “Məhsul” stadionunda baş tutan mitinqdə Milli Şura sədri professor Cəmil Həsənli, Azərbaycan Xalq Cəbhəsi sədri Əli Kərimli, digər vətəndaş cəmiyyəti nümayələndələri və çoxsaylı vətəndaşlar qatıldı. “Talana son” şüari ilə baş tutan mitinqdə eyni zamanda milli valyutanın ucuzlaşması nəticəsində yaranan iqtisadi böhrana qarşı görülməli olan tədbirlər dilə gətirilib. Hökumət əleyhinə şüarların səsləndirildiyi, pankartların nümayiş etdirildiyi mitinqdə çıxış edən liderlər hakimiyyətdən maaşların, pensiyaların qaldırılmasını, kredit faizlərinin azaldılmasını, korrupsiyanın aradan qaldırılmasını, monopoliyanın ləğv edilməsini tələb ediblər.

Təxminən iki saat davam edən mitinqdə heç bir insident yaşanmayıb.

Azərbaycan hakimiyyəti təxminən iki ay əvvəl devalvasiya qərari verərək manatı dollar və avro qarşısında 34 faiz ucuzlaşdırılmışdır. Qeyd edək ki, Milli Şura martın 15-də də devalvasiya qərarına öz etirazını bildirərək mitinq keçirmişdi./azadlıq/
768 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
06.12.16, 11:00
Mosulda uğurlu əməliyyat
06.12.16, 09:10
40 dərdin dərmanı