Şrift ölçüsü:
A+
A
A-
Kr
06 Aprel 2015

Poroşenko referendum istəyir

Ukrayna prezidenti Petro Poroşenko ölkənin şərqindəki separatçı əyalətlərə böyük səlahiyyətlər verilməsi ilə bağlı referendum keçirilməsinə qarşı olmadığını bildirib.

O, Konstitusiyaya düzəliş edilməsi ilə bağlı təşkil olunan xüsusi komissiya üzvləri ilə bu gün keçirdiyi görüşdən sonra söyləyib ki, əgər komissiya bunu lazım bilsə, o referenduma qarşı çıxmayacaq.

Prezident deyib: "Mən Rusiyanın təkid etdiyi federasiya ideyasını qəbul etmirəm. Təhlükəsizlik, müdafiə və xarici siyasət məsələlərinin həlli mərkəzi hakimiyyətin əlində olacaq. Rus dilinə ikinci dövlət dili statusunun verilməsinin əleyhinəyəm. Ukrayna dili vahid dövlət dili olub, belə də qalacaq."
688 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
07.12.16, 10:54
Hətta bir yuxusuz gecə...