Şrift ölçüsü:
A+
A
A-
Kr
06 Aprel 2015

Həbsxanada daha bir dəhşət

Məhkum özünü doğradı
Bir neçə gün əvvəl Ədliyyə Nazirliyi yanında Penitensiar Xidmətin 7 saylı Cəzaçəkmə Müəssisəsində intihara cəhd olub. Məhkumlardan biri həbsxana rəhbərliyinə etiraz əlaməti olaraq, damarlarını kəsib. Zərərçəkmişin yaxınlarının dediyinə görə, o, həbsxana rəhbərinin onu “kars”a salmasına etiraz edib: ”Hazırda onun vəziyyəti ağırdır. Qorxularından xəstəxanaya da aparmayıblar. O da çoxlu qan itirib. Hazırda onun vəziyyəti kritikdir”. Məsələ ilə bağlı Penitensiar Xidmət heç bir münasibət bildirməyib. Qurumun mətbuat xidmətindən deyilib ki, hadisə barədə yalnız sorğu vasitəsi ilə cavab verilə bilər. Lakin AzNews.az rəsmi sorğu göndərdikdən sonra, nə ona cavab verilib, nə də edilən saysız-hesabsız telefon zənglərinə.
765 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
Go to TOP