Şrift ölçüsü:
A+
A
A-
Kr
07 Aprel 2015

07 apreldə gözlənilən hava şəraiti

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinin məlumatına görə:
Bakıda və Abşeron yarımadasında
Aprelin 07-də hava şəraitinin dəyişkən buludlu olacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Səhər və axşam bəzi yerlərdə duman olacaq.
Gündüz mülayim cənub küləyi əsəcək.
Havanın temperaturu gecə 5-8, gündüz 11-16 dərəcə isti olacaq.
Atmosfer təzyiqi normadan yüksək 765 mm civə sütunundan 758 mm civə sütununa enəcək, nisbi rütubət gecə 75-85, gündüz 55-60 faiz təşkil edəcək.
Azərbaycanın rayonlarında
Aprelin 07-də hava şəraitinin əsasən yağmursuz keçəcəyi, gecə və səhər bəzi yerlərdə duman olacağı gözlənilir. Gündüz arabir güclənən cənub küləyi əsəcək.
Havanın temperaturunun gecə 3-8, gündüz 15-20 dərəcə isti, dağlarda gecə 2 dərəcə şaxtadan 3 dərəcəyədək isti, gündüz 8-13 dərəcə isti olacağı gözlənilir.
797 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
Go to TOP