Şrift ölçüsü:
A+
A
A-
Kr
07 Aprel 2015

Bakıda 35 yaşlı kişi bıçaqlandı

Bu gecə Bakıda bıçaqlanma hadisəsi baş verib.

Gecə saatlarında 1 saylı Şəhər Klinik Xəstəxanasına müxtəlif dərəcəli bıçaq xəsarətləri ilə şəhər sakini, 35 yaşlı Şahin Məhərrəm oğlu Novruzov gətirilib. Dostu olduğunu bildirən Türkan adlı şəxs tərəfindən xəstəxanaya çatdırılan yaralıya həkimlər sol bazu və sol sarğı nahiyəsinin kəsilmiş-deşilmiş yarası diaqnozu qoyublar. Şahin Novruzov dərhal əməliyyat olunub.

Hadisə barədə polisə məlumat verilib. Məlum olub ki, cinayət Nərimanov rayonu ərazisində törədilib. Polis əməkdaşları hadisə yerində müayinələr aparıblar. Zərərçəkmişin vəziyyəti ağır olduğu üçün hələlik polisə ifadə verə bilməyib. Bu səbəbdən də cinayətin hansı zəmində və kim tərəfindən törədilməsi məlum deyil./apa/
717 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
07.12.16, 10:54
Hətta bir yuxusuz gecə...
06.12.16, 11:00
Mosulda uğurlu əməliyyat
06.12.16, 09:10
40 dərdin dərmanı
Go to TOP