Şrift ölçüsü:
A+
A
A-
Kr
27 Noyabr 2013

Fələstinli gənclər İsrailin inşa etdiyi divarı dağıdıb

Əsgərlər gecə saatlarına qədər divarda olan dağıntıları bərpa etməyə çalışıb

Onlarla fələstinli gənc gecə saatlarında Qüds ilə Əbu Dis və İyzeriye diyarları arasındakı divarı dağıdıb. İnterAz-ın Türkiyə mətbuatına istinadən verdiyi məlumata görə, fələstinli gənclərin İsrailin Qərbi Şəriyə ilə Qüds arasında inşa etdiyi divarı dağıtması İsrail əsgərlərini hiddətləndirib.

Nəticədə İsrail əsgərləri ilə fələstinli gənclər arasında qarşıdurma yaşanıb və gənclərdən 3-ü yaralanıb. Şahidlərin bildirdiyinə görə, əsgərlər gecə saatlarına qədər divarda olan dağıntıları bərpa etməyə çalışıb.

Fələstinin Statistika Mərkəzinin məlumatına görə, İsrailin Qərbi Şəriyə ilə Qüds arasında inşa etdiyi divar Qərbi Şəriyədə yaşayan və Qüdsdə qeydiyyatda olan təxminən 50 min adamın Qüdsdə yaşamağına maneçilik törədir.
1680 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
16.01.17, 22:26
CHP son yola əl atır
15.01.17, 14:42
Hərbçimiz şəhid oldu
14.01.17, 12:40
Qusara 17 sm qar yağdı
14.01.17, 11:52
Mübarizə yolumuz