Şrift ölçüsü:
A+
A
A-
Kr
07 Aprel 2015

"Ərdoğanın ölkəmizə səfəri diplomatiyamız üçün utanc vericidir"

İran İslam Parlamenti Milli Təhlükəsizlik və Xarici Siyasət komitəsinin məruzəçisi Hüseyn Nəqvi Hüseyni ölkəsinə rəsmi səfərə gələcək Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan barədə ağır sözlər deyib. “Fars” agentliyinin verdiyi məlumata görə, Hüseyni bu səfərin ləğv olunmalı və ya təxirə salınmalı olduğunu deyib.

“Ölkəmizi aşağılayan birinin ayaqlarının altına qırmızı xalça sərmək diplomatiyamız üçün utanc vericidir. Hökumət Ərdoğanın İran barədə dediyi sözlərdən sonra bu səfərə izn verilməməli idi. Bu səfər ya ləğv edilməli, ya da təxirə salınmalı idi”.

Hüseyn Nəqvi Hüseyni, millət vəkillərinin Ruhani hökumətinin səfəri təxirə salmaması istiqamətində hər hansı bir addım atamamasına görə də narahat olduğunu deyib.

Qeyd edək ki, Ərdoğanın Yəməndə baş verən hadisələr zəminində İrana qarşı səsləndirdiyi bəyanat iki ölkə arasında gərginliyə səbəb olmuşdu. Belə ki, Türkiyə prezidenti, İran və terrorçular Yəməndən çıxmalıdır demiş və baş verən hadisələrə müdaxilə edən ərəb koalisiyasına dəstəyini ifadə etmişdi.

Bu gün Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan İrana rəsmi səfərə gedəcək. Ərdoğanın iranlı həmkarı Həsən Ruhani ilə yanaşı Ali Dini Lider Ayətullah Əli Xamenei ilə görüşü də nəzərdə tutulub./ans/
730 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
29.11.16, 12:22
Dollar 1,79-u keçdi
29.11.16, 12:19
Taleh Bağ