Şrift ölçüsü:
A+
A
A-
Kr
07 Aprel 2015

Kreditlərini ödəyə bilməyən sahibkar özünü asdı

Azərbaycanda kreditlərini ödəyə bilməyən sahibkar özünü asdı

İmişli şəhər sakini, 52 yaşlı Rəşid Zalov aprelin 6-da səhər saatlarında atasının Əliqulular kəndindəki evində özünü çardaqdan asaraq intihar edib.
İki övlad atası olan mərhum kiçik sahibkar imiş və illər öncə zərərə düşdüyündən bir neçə bankdan kredit götürübmüş. O, son vaxtlar kredit müqavilələri üzrə aylıq ödəniş tapşırıqlarını yerinə yetirə, ayrı-ayrı şəxslərdən aldığı borcu qaytara bilməməyindən boğaza yığıldığını deyirmiş.
Faktla bağlı İmişli Rayon Prokurorluğu tərəfindən Cinayət Məcəlləsinin 125-ci (özünü öldürmə həddinə çatdırma) maddəsi ilə cinayət işi açılıb.
Mərhumun konkret hansı banklara və nə qədər borclu olması barədə ətraflı məlumat yoxdur. Yerli hüquq-mühafizə orqanları da hələlik hadisə ilə bağlı ətraflı məlumat verməyiblər./azadlıqradiosu/
777 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
07.12.16, 10:54
Hətta bir yuxusuz gecə...
Go to TOP