Şrift ölçüsü:
A+
A
A-
Kr
07 Aprel 2015

Xarkovda Ukrayna bayrağı təhqir olundu - FOTO

Xarkovda Pravda prospektində yerləşən Ukrayna Bayrağının asıldığı dirəyin alt hissəsi partladılıb.

Unian.net xəbər verir ki, məsələ ilə bağlı Xarkov prokurorluğunun mətbuat xidmətindən açıqlama verilib. Bildirilir ki, naməlum şəxslər partlayıcı qurğunu yerləşdirərək, hadisə yerindən uzaqlaşıb. 

Hadisə nəticəsində bayrağa və dirəyə ciddi ziyan dəyib. Faktla bağlı araşdırma aparılır. Prokurorluq qarşısına yığışan yerli sakinlər bayrağı təhqir edənlərin tez bir zamanda tapılmasını tələb ediblər./teleqraf/



705 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber