Şrift ölçüsü:
A+
A
A-
Kr
07 Aprel 2015

Moskva və Bakı arasında yeni avtobus reysləri açılı

Aprelin 1-dən etibarən Moskvanın yeni açılmış "Yujnıye vorota" avtovağzalından Bakıya avtobus reysləri başlayıb.

Trend-in Rusiya KİV-inə istinadən verdiyi məlumata görə, yeni avtovağzalda Rusiyanın cənub regionlarına, eləcə də MDB ölkələrinə avtobus reysləri həyata keçirilir.

"Hazırda Rostov-na-Donu, Tulu, volqoqrad, Elistu, Stavropol, Lipetsk, Həştərxan, Krım şəhərləri, eləcə də Azərbaycan və Moldovaya reyslər təsdiqlənib. İlk reyslər aprelin 1-dən başlayıb", - deyə məlumatda bildirilir.

Qeyd olunur ki, "Yujnıye vorota" sutkanın 24 saatı boyunca fəaliyyət göstərir və gün ərzində 200-dən çox avtobus reysinin keçirilməsi nəzərdə tutulub.
741 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
27.03.17, 10:31
Ac qarına yaşayan əhali