Şrift ölçüsü:
A+
A
A-
Kr
07 Aprel 2015

Hicab qadağası ləğv edildi

Müsəlman ölkəsi olan Azərbaycanda nə vaxt Hicab qadağası ləğv ediləcək?!

Almaniyada ən yüksək instansiya məhkəməsi məktəb müəllimlərinə baş örtüyünü qadağan edən 2004-cü il tarixli qanunu ləğv edib.

Məhkəmənin qərarında deyilir ki, hicab qadağası dini azadlıqların pozulmasıdır.

Almaniyada bəzi ərazilərində müəllimlərin dövlət məktəblərində hicab geyinməsi qadağan edilmişdi və belə qadağanların qoyulmasına icazə verilmişdi. Lakin uzun sürən məhkəmə çəkişmələrindən sonra, 2015-ci ildə Almaniyanın Federal Konstitusiya Məhkəməsi qərara aldı ki, belə qadağanlar Almaniyanın əsas qanununa – Konstitusiyada nəzərdə tutulmuş dini azadlıqlara ziddir.

Bunu etməklə məhkəmə belə bir nəticəyə gəldi ki, dövlətin dinə münasibətdə neytrallığı dövlət məktəblərindəki müəllimlərin dini simvollardan istifadəsinin qadağanını zəruri etmir.

Hollandiya və İsveçrə kimi bir sıra başqa Avropa ölkələrində isə ictimai yerlərdə tam hicabın qadağanı debatlara çıxarılıb, lakin lazımi siyasi çoxluq əldə edilmədiyindən təkliflər indilik bir kənara qoyulub./ans/
685 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber