Şrift ölçüsü:
A+
A
A-
Kr
07 Aprel 2015

Seyyid Həsən Nəsrullah: "Ənsarullahın Səudiyyəni vurmaq imkanı var"

Livanın aparıcı "Hizbullah" təşkilatının baş katibi Seyid Həsən Nəsrullah bəyan edib ki, Yəməndə Ənsarullah Husilər hərəkatının komandanlığı Səudiyyə Ərəbistanı ərazisində obyektləri vurmağa hələ ki, qərar verməyib, lakin onların bu imkanları mövcuddur. Deyerler.org-un məlumatına görə, bu barədə Seyyid Həsən Nəsrullah ötən gün "Əl-İhbariyə" telekanalına müsahibəsində bildirib.

"Yəmənin Ənsarullah Husilər hərəkatı imkanlarının olmağına baxmayaraq hal-hazırda Bab əl-Mandab körfəzini bağlamayıb və Səudiyyə ərazisində obyektlərin vurulmasına dair qərar qəbul etməyib", - deyə Hizbullahın baş katibi bildirib.
Nəsrullah qeyd edib ki, Səudiyyə Yəmənə qarşı keçirdiyi hərbi əməliyyatlarda heç bir məqsədinə nail ola bilməyib. Əksinə aviazərbələr yəmənlilərin əksəriyyətini Səudiyyə qarşı çıxması ilə nəticələndi.

"Bu əməliyyat biabırçı şəkildə iflasa uğradı. Səudiyyə Ərəbistanın nadanlığı"Əl-Qaidə" və İŞİD terror qruplaşmalarını müdafiə etməsinə səbəb oldu. Bu terror qruplaşmalarının Səudiyyəyə təhlükə törətməsinə baxmayaq, Ər-Riyad onları silahla təchiz edir".
626 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
07.12.16, 10:54
Hətta bir yuxusuz gecə...
06.12.16, 11:00
Mosulda uğurlu əməliyyat
06.12.16, 09:10
40 dərdin dərmanı
Go to TOP