Şrift ölçüsü:
A+
A
A-
Kr
07 Aprel 2015

Bakı-Məşhəd aviareysinin açılması üçün şərtlər açıqlandı

“Bakı-Məşhəd aviareysinin açılması üçün ilk növbədə həm Azərbaycan, həm də İranda ziyarət turları təşkil edən şirkətlər və bizim şirkət arasında əməkdaşlıq sazişi imzalanmalıdır”. Bunu Trend-ə ekskluziv açıqlamasında Bakı-Məşhəd aviareyslərini təşkil edəcək “Ataair” aviaşirkətin baş direktorunun ticarət məsələləri üzrə müavini Mehdi Bəyane deyib.

M.Bəyane bildirib ki, Bakı-Məşhəd-Bakı aviareysi yalnız zəvvarlar üçün açılır və sərnişinləri İranda və Azərbaycanda ziyarət turları təşkil edən şirkətlər tərəfindən təmin olunmalıdır: “Bakı-Məşhəd-Bakı aviareysinin açılması üçün bütün lazımi lisenziyalar alınıb. Lisenziya ilə bağlı heç bir problem yoxdur”.

M.Bəyane deyib ki, uçuşların həyata keçirilməsi iki məsələdən asılıdır. Onun sözlərinə görə, ilk növbədə İranda və Azərbaycanda ziyarət turları təşkil edən şirkətlərin biri ilə müqavilə bağlanmalıdır: “Digər həll olunası məsələ isə uçuş biletlərinin qiymətinin müəyyənləşməsi məsələsidir ki, hələlik həll olunmamış qalıb”.

M.Bəyane bildirib ki, “Ataair” aviaşirkəti Bakı-Məşhəd aviareysinin tez bir zamanda açılması üçün Azərbacyanda ziyarət turları təşkil edən şirkətlərlə əməkdaşlıq etməyə hazırdır.

Qeyd edək ki, Prezident Həsən Ruhaninin Bakıya səfəri zamanı Azərbaycan və İran arasında Bakı-Məşhəd aviareysinin açılması ilə bağlı sənəd imzalanıb. Aviareysin açılması Azərbaycan və İranın şimal-şərq əyalətləri, o cümlədən Xorasan Rəzəvi əyaləti arasında qarşılıqlı ticarət əlaqələrinin qurulmasına imkan yaradacaq.
767 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber