Şrift ölçüsü:
A+
A
A-
Kr
07 Aprel 2015

Milli Şuradan “hökumətyönlü müxalifət”ə cavab

"Hakimiyyət artıq dərk edir ki, ölkədə real güc və xalqın etimadı kimin tərəfindədir"

Milli Şuranın 5 apreldə keçirdiyi növbəti uğurlu mitinq cəmiyyətdə böyük rəğbətlə qarşılanıb. Mitinqin xalqın sosial tələbləri əsasında təşkil edlməsi, aksiyada ölkə vətəndaşlarının problemlərinin səsləndirilməsi içtimaiyyətin böyük marağına səbəb olub.
Amma hər dəfə olduğu kimi, bu dəfə də Milli Şuraın keçirdiyi aksiyanın uğuruna kölgə salmağa çalışanlar tapılıb. Söhbət YAP və hökumət təmsilçilərindən də getmir. Belələri ilə yanaşı hakimiyyətin yedək siyasi elementinə çevrilən, hətta bir neçə nəfərlik piket belə, keçirməyə gücü çatmayanlar da Milli Şuranın mitinqlərinə qaralamaqla məşğuldurlar.

Milli Şura Koordinasiya Mərkəzinin üzvü Eldəniz Quliyev bildirir ki, YAP-ın siması Siyavuş Novruzovun ritorikası ilə danışan, amma özünü müxalif adalandıran belə kəslərə qarşı ictimai münasibət bəllidir:
“YAP ritorikası ilə danışanlar artıq özlərini çoxdan ifşa ediblər. Bu adamlar düşünürlər ki, əllərini qaldıraraq günəşin qarşısını kəsməklə yazın gəlişini durduracaqlar. Bu, təbii ki, qeyri mümkündür. Azərbaycanda yeganə real müxalifət birliyi olan və xalqın sifarişi ilə keçirdiyi kütləvi mitinqlərlə necə bir qüvvə olduğunu göstərən Milli Şuranın uğurlarına hər hansı kölgə salmaq mümkün deyil. Tutduğumuz yol doğru yoldur. Hesab edək ki, Milli Şura bir karvandır. Karvan getdiyi yolda onun arxasında eşidilən heç bir eqzotik səslərə reaksiya verməyəcək”.

AXCP sədrinin müavini Nurəddin Məmmədli isə hesab edir ki, ikiqutblü siyasi sistemin formalaşdığı bir vaxtda müəyyən kəslər öz ambisiyalarını reallaşdırmaq üçün Milli Şuranın uğurlarını kölgəyə salmağa çalışır:
“Hesab edirəm ki, Azərbaycan iqtidarının apardığı yaramaz siyasətin nəticəsində ölkədə hökm sürən mövcud problemlər şəraitində bu kimi davranışlar kimsəyə şərəf gətirməz. Çünki ölkədə hökm sürən problemlər AXCP-dən və ya Milli Şuradan qaynaqlanmır. Ölkədə hökm sürən korrupsiya, özbaşımalıq, talançılıq, bilavasitə iqtidarla bağlı proseslərdir. Belə bir məqamda o kəslər ölkənin real müxalifətinə qarşı mübarizə aparmaqdansa, yaxşı olardı ki, rejimə qarşı mübarizə aparaydılar. Ümumiyyətlə, “hər şər əməldə bir xeyir var” prinsipini əsas götürsək, hakimiyyətin son zamanlar xalqa müxalifət kimi sırıdığı adamları da Milli Şuraya qarşı hücuma təhrik etməsi, əslində hökumətin Milli Şuraya verdiyi qiymətin nəticəsidir. Hakimiyyət artıq dərk edir ki, ölkədə real güc və xalqın etimadı kimin tərəfindədir.
Milli Şura olaraq biz öz tutduğumuz yolu sona qədər davam etdirəcəyik və belə məsələrə qarşı aqressiyamız yoxdur. Biz sadəcə normal siyasi mübarizənin aparılmasının tərəfdarıyıq. Xüsusilə, rejimin törətdiyi faciəvi problemlərdən çıxış yolunu normal, mütərəqqi düşüncəyə sahib olan bütün qüvvələrin birliyində görürük. Bu baxımdan bu gün siyasi aləmdə eyni zamanda ələnmə prosesinə şahidlik edirik. Bu rejimə qarşı bizimlə həmrəy olanlar bizə tərəf yaxınlaşırsa, rejimə tabe olanların onlara tərəf getməsi təbiidir. Bu sonuncu bir dalğadır ki, artıq çox yaxın bir müddətdə real müxalifətdə daha kimlərin təmsil olunması müəyyənləşəcək və ikiqütblü sistemin formalaşması yekunlaşmış olacaq”./azadlıq/
591 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
07.12.16, 10:54
Hətta bir yuxusuz gecə...
06.12.16, 11:00
Mosulda uğurlu əməliyyat
06.12.16, 09:10
40 dərdin dərmanı