Şrift ölçüsü:
A+
A
A-
Kr
07 Aprel 2015

Bakıda fəhlə faciəli şəkildə ölüb

Ölən şəxsin şəxsiyyəti hələlik məlum deyil

Bakının Binəqədi rayonunda, "Azadlıq" metro stansiyasının yanındakı parkda tikilməkdə olan obyektdə faciə baş verib. "Report"un məlumatına görə, 20-25 yaşlı fəhlə tikilməkdə olan binanın dördüncü mərtəbəsindən yıxılıb. O, aldığı xəsarətlər nəticəsində hadisə yerində dünyasını dəyişib.
Hüquq-mühafizə orqanlarının əməkdaşları hadisə baş verən əraziyə cəlb olunub. Hadisə yerinə baxış keçirilib və meyit morqa göndərilib. Ölənin şəxsiyyəti hələlik məlum deyil.
Qeyd edək ki, bir neçə ay əvvəl həmin obyektdə qaz sızması nəticəsində partlayış baş vermişdi.
892 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
18.01.17, 12:02
15 günə 19 intihar
18.01.17, 09:18
AP-nin yeni sədri seçildi
16.01.17, 22:26
CHP son yola əl atır
15.01.17, 14:42
Hərbçimiz şəhid oldu
Go to TOP