Şrift ölçüsü:
A+
A
A-
Kr
07 Aprel 2015

İŞİD-in qeyri-məlum komandirləri kimlərdir?

Amerikanın Vaşinqton Post qəzetinin verdiyi məlumata əsasən, İŞİD-in əksər rütbəli komandirləri keçmiş rejiminin «Bəəs Təhlükəsizlik Komitəsi»nin fərari zabitlərindən ibarətdir və həmin terrorişt qrupların sıralarına daxil olaraq gizli fəaliyyət göstərirlər. Məsələn, İŞİD-in vəd verdiyi «Mütərəqqi İslam Hakimiyyəti»nin bərpası uğrunda onlara qoşulan Suriyanın müxalifətinə mənsub Әbu Hәmzә elә güman edirdi ki, o da bu hakimiyyətin formalaşmasında mühüm vәzifәlәrdәn birində yer tutacaq. Amma tez bir zamanda mәlum olur ki, indidən sonra gәrәk iki ölkə — Suriya vә İraq ölkələrinin sәrhәd bölgələri arasında gizli fәaliyyәt göstərən naməlum İraq vәtәndaşlarına tabe olmalıdır. O, özü keçən il bir mühüm yığıncaqda hәmin şәxslәrlә yarandığı ixtilaf zamanı hәbs edilir. Ona heç vaxt adətәn üzübağlı vә adları naməlum bu şәxslәrin kimliyi mәlum olmasa da, onların әksәriyyәti keçmiş rejimin fәrari zabitləri olub, hazırda İŞİD-in daxilində mühüm vәzifәlәri ifa edirlər. İŞİD-ә dünyanın hәr yerindən terorist ünsürlər qoşulsa da, yenə dә, hәmin şәxslәr hәrbi-nizami dairələrin başında komandir vәzifәlәrini yerinə yetirirlər. Onlar tәcrübәli şәxslәr olduqlarından ixtiyarındakı qruplara hәrbi tәlim vermәklә bәrabәr bir sıra sahəlәrdә, o cümlədən, neftin qeyri-qanuni alverindә mühüm rola malikdirlər vә әksәr әmәliyyatların planı onların әli ilə hәyata keçir.

Nur-az.com
703 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber