Şrift ölçüsü:
A+
A
A-
Kr
08 Aprel 2015

İŞİD-dən növbəti vəhşilik: 4 nəfərin başı qılıncla kəsildi

İŞİD terror qruplaşması 4 nəfərin başı kəsilməklə edam səhnəsinin əks olunduğu video yayıb. “TASS”ın verdiyi xəbərə görə, bu barədə “Əl Arabiya” telekanalı məlumat yayıb.

Məlumata görə, qətl İraqın Mosul şəhərində törədilib. Dörd iraqlı formal olaraq pul oğurluğunda və qadının öldürülməsində ittiham edilərək başları qılıncla kəsilməklə edam olunublar. Hökm elan edildikdən dərhal sonra şəhər meydanlarının birində izdiham qarşısında icra olunub./apa/
543 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
22.03.17, 09:32
Kadırov Suriyaya gedir
20.03.17, 17:07