Şrift ölçüsü:
A+
A
A-
Kr
08 Aprel 2015

Türkiyədən Suriyaya keçməyə cəhd edən 7 rusiyalı saxlanıldı

Türkiyənin Qaziantep əyalətində son bir neçə gün ərzində Suriya sərhədini qanunsuz keçməyə cəhd göstərmiş Rusiyanın 7 vətəndaşı saxlanılıb. “RİA Novosti”nin verdiyi xəbərə görə, bu barədə əyalət administrasiyasından verilən məlumatda bildirilir.

“Aprelin 4-də hərbi münaqişədə iştirak etmək məqsədilə Suriya sərhədini qanunsuz keçməyə cəhd göstərən iki Rusiya vətəndaşı saxlanılıb. Onlar Rusiyaya deportasiya edilməsi üçün hüquq-mühafizə orqanlarına təhvil verilib. Aprelin 7-də də sərhəddə beş rusiyalı saxlanılıb”, deyə məlumatda bildirilir.

Saxlanılan şəxslərin kimliyi barədə məlumat verilmir.

Qaziantep administrasiyasının martda yaydığı məlumatda Suriyada münaqişə başlayandan İŞİD terror qruplaşmasına qoşulmaq məqsədilə sərhədi qanunsuz keçməyə cəhd edən 59 rusiyalı saxlanıldığı qeyd olunub./apa/
513 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
29.11.16, 12:22
Dollar 1,79-u keçdi
29.11.16, 09:25
Qış yuxusu
29.11.16, 09:10
PKK qaz borusunu partlatdı