Şrift ölçüsü:
A+
A
A-
Kr
08 Aprel 2015

Şotlandiya müstəqillik üçün daha bir referendum keçirmək istəyir

Şotlandiya millətçiləri mayda parlament seçkilərinin ardınca, daha bir müstəqillik referendumu keçirə bilərlər.

Şotlandiya millətçilərinin lideri Nikola Sturgeon belə bir referendumun 2016-cı ildən sonra keçirilə biləcəyini deyib.

Şotlandlar ötən ilin sentyabrında Britaniyanın tərkibində qalmağa səs versələr də, o vaxtdan keçən müddətdə millətçilərin populyarlığı xeyli yüksəlib.

Şotland millətçilərinin keçmiş lideri Alex Salmond ötən referendum ərəfəsində demişdi ki, “bu, 307 ildə İngiltərədən qopmaq üçün tarixi imkan olacaq”.

Bununla belə, xanım Sturgeon partiyasının qarşıdan gələn may ayında keçiriləcək Britaniya parlament seçkilərində iştirak edəcəyini təsdiqləyib.

Rəy sorğuları və proqnozlara görə may seçkilərində mühafizəkarların və ya leyboristlərin qalib gələ biləcəyi bəlli olmayıb.
Bu şəraitdə Şotlandiyanın millətçi partiyası əsas Britaniya partiyalarından birini dəstəkləyə bilər. Bu təqdirdə xanım Sturgeon leyboristlərlə ittifaqın mümkünlüyünü dilə gətirib.

O, leyborist Ed Miliband-in baş nazir olmasınımı istəyir sualına, “mən Kameron-un baş nazir olmasını istəmirəm” cavabını verib.
622 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
17.08.17, 17:20
Maraqlı meyvələr - Foto
17.08.17, 09:47
Rusiyadan İrana dəstək
16.08.17, 11:14
PKK türk əsgərini vurdu
16.08.17, 08:00
"Qarabağ" qalib gəldi
Go to TOP