Şrift ölçüsü:
A+
A
A-
Kr
08 Aprel 2015

İraq ordusu terror qruplaşmasına qarşı yeni əməliyyata başlayıb

İraq ordusu İŞİD terror qruplaşmasına qarşı yeni əməliyyata başlayıb.

Tikrit şəhərini azad edən İraq ordusunun yeni hədəfi terrorçuların nəzarət etdiyi Ənbar əyalətidir.

İraq hökümətindən verilən açıqlamada deyilir ki, ordu Ənbar əyalətinin şərqində Əs-Səcariyə və Əl-Buqanim rayonlarını azad etmək üçün hücuma keçib.

İraq hökuməti əyalətin inzibati mərkəzi olan Ər-Ramadi şəhərində komendant saatı rejimi tətbiq edib.

Qeyd edək ki, Ənbar əyalətindəki əməliyyat İraq ordusunun indiyə qədər ölkə ərazisinin üçdə birini nəzarəti altında saxlayan İŞİD qruplaşmasına qarşı yeni kampaniyasıdır. İlk geniş miqyaslı hərbi əməliyyat isə Səlahəddin əyalətinin paytaxtı Tikrit şəhərində aparılıb.
540 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
07.12.16, 10:54
Hətta bir yuxusuz gecə...
06.12.16, 11:00
Mosulda uğurlu əməliyyat
06.12.16, 09:10
40 dərdin dərmanı
Go to TOP