Şrift ölçüsü:
A+
A
A-
Kr
08 Aprel 2015

ABŞ-da qaradərili vətəndaşı qətlə yetirən polis zabiti həbs olunub

ABŞ-ın Cənubi Karolina ştatında qaradərili vətəndaşı qətlə yetirməkdə ittiham olunan polis zabiti həbs edilib. “Gazeta.ru”nun verdiyi xəbərə görə, bu barədə Röyters məlumat yayıb.

Məlumata görə, aprelin 4-də baş vermiş insidentin videosu araşdırıldıqdan sonra 33 yaşlı zabit Maykl Sleyqerin həbs edilməsinə qərar verilib.

Video kadrlarda Maykl Sleyqerin avtomobili saxladığı və hadisə yerindən qaçmağa cəhd edən sürücünün kürək nahiyəsindən 8 dəfə atəş açdığı əks olunub.

Polis zabiti öldürülən şəxsin silah çıxarmağa cəhd etdiyini iddia edib. Lakin video görüntüdə qətlə yetirilən vətəndaşın silahsız olduğu müəyyənləşdirilib./apa/
630 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
06.12.16, 09:10
40 dərdin dərmanı