Şrift ölçüsü:
A+
A
A-
Kr
08 Aprel 2015

Ənsarullah: “Vətənə xəyanət edənlər mühakimə olunacaq”

Yəmənin Ənsarullah Hərəkatı liderlərindən Dayfullah Şami, Yəmənə hücum edənlərlə əməkdaşlıq etdikləri üçün həbs olunanların mühakimə olunacağını açıqlayıb.

Fars Xəbər Agentliyinin verdiyi xəbərə görə, agentliyə müsahibə verən Ənsarullah liderlərindən Dayfullah Şami Yəmənə hücum edənlərlə əməkdaşlıq edən vətən xainlərinin cəzasız qalmayacağını açıqlayıb.

Müsəlman Qardaşlar təşkilatının Yəməndəki qolu olan İslah Partiyasının bəzi rəhbərlərinin Ənsarullah tərəfindən həbs olunması ilə bağlı xəbərlərə münasibət bildirən Dayfullah Şami sözlərini bu cür davam etdirib:

"Bu gün Yəmən daxilində baş verənlər, Yəməni daxildən çökdürməyə çalışan virusların təmizlənməsidir. Hazırda gördüyünüz tədbirlər inkişaf etmiş ölkələrdə donuz qripi kimi yoluxucu xəstəliklərə qarşı tətbiq olunan karantinə bənzər bir tədbirdir.
Yəmənin sağlam və təmiz ictimai əzələsindən qopan bu şəxslər bir qrup və ya partiya deyil, Səudiyyə, ABŞ və sionistlərin əmrindəki xəstə nökərlərdən ibarət bir dəstədir. Bunlar Yəmən xalqının qanı və parçalanmış bədənləri vasitəsilə alver edirlər.
Ənsarullah heç bir partiyaya və ya qrupa zülm etmir. Heç kimin narahatlığı olmasın. Səudiyyə, ABŞ və sionistlərin Yəmən torpaqlarına təcavüzünə qarşı çıxan və hücumlara qarşı xalqı müdafiə edən İslah Partiyasının şərəfli insanları öz partiyalarının üzvləridir və onlar millətçiliklərini isbat ediblər.
Xəyanət xəstəliyinə tutulanları təmizləmək milli və insani bir vəzifədir. Bu xainlərə qarşı çıxmaq yalnız İslah Partiyası üzvlərini deyil, vətənə xəyanət yolunda gedən hər kəsi əhatə edir".

Qeyd edək ki,Yəmənin İslah Partiyasına aid saytlar Ənsarullahın İslah Partiyasının xeyli sayda liderini və üzvünü həbs etdiyini irəli sürüb. Ənsarullah rəsmiləri isə həbslərin müəyyən bir partiya və ya qrupa aid olmadığını açıqlayaraq, düşmənin hücumları üçün ərazi ilə bağlı məlumat verən və təcavüzkarlarla əməkdaşlıq edənlərə qarşı aparıldığını bildirib./Deyerler/
553 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
07.12.16, 16:25