Şrift ölçüsü:
A+
A
A-
Kr
08 Aprel 2015

AKP-dən deputatlığa namizəd ola bilməyən iş adamı intihar edib

Türkiyədə bu il iyunun 7-də keçiriləcək parlament seçkilərində namizəd ola bilməyən iş adamı intihar edib.

Türkiyə mətbuatının xəbərinə görə, hadisə "Rixos Ankara" otelində qeydə alınıb. Tanınmış iş adamı Cəlal Ayrançı hakimiyyətdə olan Ədalət və İnkişaf Partiyasından (AKP) namizədliyinin irəli sürülməsi üçün sənədlərini təqdim edib. Partiyanın dünən açıqlanan siyahısında adının olmadığını görən Cəlal Ayrançı tapança ilə başından atəş açaraq, özünü öldürüb.

Hadisə ilə bağlı açıqlama verən nazir Cevdet Yılmaz faktla bağlı araşdırma aparıldığını deyib. Nazir hadisənin hansı səbəbdən baş verməsi ilə bağlı fikir söyləməyin tez olduğunu vurğulayıb.
576 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
07.12.16, 10:54
Hətta bir yuxusuz gecə...
06.12.16, 11:00
Mosulda uğurlu əməliyyat
06.12.16, 09:10
40 dərdin dərmanı
Go to TOP