Şrift ölçüsü:
A+
A
A-
Kr
08 Aprel 2015

Ağdaban soyqırımından 23 il ötü

Bu gün Kəlbəcərin Ağdaban kəndinə erməni silahlılarının hücumu və kənddə kütləvi qətliamdan 23 il keçir.

1992-ci ilin 8 aprel tarixində erməni quldurları Ağdaban yalındakı gözətçi məntəqəsinə qalxıb, burada keşik çəkən 3 nəfəri qətlə yetirdilər.

Onlar kəndin üst yanındakı bənd-bərələrə dolub səhər saat 6-da silahlarla nərilti qoparmağa başladılar. Qəfil yuxudan qalxan kənd camaatı çaş-baş qaldı.

Erməni qarətçiləri planlı surətdə hərəkət edirdilər. Məsələn, evləri kimlər qarət edəcəyi, mal-qaranı kimlərin aparacağı, əliyalın insanları kimlərin əsir götürəcəyi, müqavimət göstərənləri kimlərin qətlə yetirəcəyi əvvəlcədən müəyyənləşdirilmişdi.

Kənd əhalisinin bir hissəsi zorakılıqdan qaçıb qurtarmaq istəyərkən əvvəlcədən düzəldilmiş pusqularda qətlə yetirilib.

Kəlbəcər rayonunun 130 evdən ibarət Ağdaban kəndi tamamilə erməni separatçıları tərəfindən yandırılıb, kəndin 779 nəfər dinc sakininə ağıla sığmayan dərəcədə işgəncələr verilib.

67 nəfər qətlə yetirilib, 8 nəfər 90-100 yaşlı qoca, 2 nəfər azyaşlı uşaq, 7 nəfər qadın diri-diri odda yandırılıb, 2 nəfər itkin düşüb, 12 nəfərə ağır bədən xəsarəti yetirilib.

Ermənistan Respublikası "Hərbi münaqişələr zamanı mədəni sərvətlərin qorunması haqqında" Haaqa Konvensiyasının və "Mədəni Sərvətlərin qeyri-qanuni dövriyyəsi haqqında" Paris Konvensiyasının müddəalarını kobudcasına pozaraq Azərbaycanın mədəni sərvətlərini talayıb.
564 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
06.12.16, 11:00
Mosulda uğurlu əməliyyat
06.12.16, 09:10
40 dərdin dərmanı