Şrift ölçüsü:
A+
A
A-
Kr
08 Aprel 2015

Snoudenə gizlicə heykəl qoydular

ABŞ-da iki heykəltəraş Nyu-Yorkda yerləşən “Fort Green” parkında gizli şəkildə Milli Təhlükəsizlik Agentliyinin (NSA) keçmiş agenti Edvard Snoudenin büstünü ucaldıb.

Bundan xəbər tutan park işçiləri və polis əvvəl büstün üstünü örtüb, daha sonra isə onu parkdan götürüblər.

Təxminən 1,2 metr hündürlüyündə olan bürünc büst ABŞ-ın müstəqilliyi uğrunda müharibə zamanı ingilis gəmilərində həyatını itirən təxminən 11 min amerikalı müharibə əsirinin xatirəsinə ucaldılan heykəl formasında hazırlanıb. Heykəltəraşların öz hesabına hazırladığı büst təxminən 6 aya hazır olub.

Qeyd edək ki, Snouden ABŞ-ın ölkə daxilində və xaricdə həyata keçirdiyi dinləmələrlə bağlı sənədləri mətbuata sızdırıb. Rusiyada sığınacaq istəyən Snoudenin bu ölkədə yaşamaq üçün 3 illik icazəsi var.
586 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
07.12.16, 10:54
Hətta bir yuxusuz gecə...