Şrift ölçüsü:
A+
A
A-
Kr
08 Aprel 2015

Gəncə Dövlət Universitetində korrupsiya şok həddə çatıb

Gəncə Dövlət Universitetində baş verən özbaşınalıqlar barədə maraqlı məlumatlar daxil olur. Məlumat verən mənbə bir daha vurğuladı ki, GDU-nın rektoru Yusif Yusifov vəziyyətin gərgin olduğunu artıq dərk edib.

Ötən yazılarımızda “GDU-də daha bir biabırçılıq” başlıqlı məqalə sübüt etdi ki, yazılanlar əsaslı və sübütlüdür. Xatırladaq ki, qeyd edilən tənqidi məqalə birbaşa GDU-da gedən proseslərin başlanığıcı idi. Tənqiddən nəticə çıxarmaq əvəzinə hegamonluq daha da artıb.

Belə ki, GDU-nın elmi katibi Teymur İsmayılovun başçılığı altında korrupsiya halları durmadan artır. Məhz Teymur müəllimin “ağsaqqallığı” rektor üçün gəlir mənbə kimi hesablanır. Universitetdən daxil olan son məlumatlar da göstərilir ki, Coğrafiya 3-cü kurs, tarix-cöğrafiya, tarix kurs tələbələri məktəb praktikasındadır.

Lakin mənbə iddia edir ki, kafedra müdirləri Vüsalə xanım və Yeganə Əliyevə (Teymur İsmayılovun həyat yoldaş) bəzi tələbələrdən 200 manat alıb praktikadan azad ediblər. Bu tələbələr Gəngə şəhər 11 və 28 saylı orta məktəblərdə proktikada olan tələbələrdir. Əfsüslər olsun ki, GDU açıq bazar prinsipini həyata keçirir.

Bütün bunlar onu deməyə əsas verir ki, GDU-nın rektoru Yusif Yusifov təhsil haqqında qanunları bilərəkdən kobud şəkildə pozur. Məsələ ilə bağlı Təhsil Naziri Mikayıl Cabbarovun da münasibətini öyrənməyə çalışacayıq. Növbəti saylarımızda tələbələrin adları açıqlanacq./teref/
638 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
07.12.16, 10:54
Hətta bir yuxusuz gecə...