Şrift ölçüsü:
A+
A
A-
Kr
08 Aprel 2015

Facebook-a Whatsapp düyməsi gəlir

Facebook-a Whatsapp düyməsi gəlir. Facebook-un Whatsapp-ı 22 milyard dollara satın alması ilə birlikdə ən böyük mesajlaşma xidməti artıq sosial şəbəkənin nəzdinə daxil olub.

Facebook-un yenilənməsi gözlənilən v31.0.0.7.13 versiyası ilə artıq Whatsapp ilə birbaşa bağlantı əldə ediləcək. Yəni sosial şəbəkəyə daxil olanlar həm də eyni anda Whatsapp mesajları göndərə biləcəklər.

Paylaş düyməsinin yanında “WhatsApp-a göndər" seçimi yerləşdiriləcək. Bu hələlik beta versiyalarda yer alıb. Bir müddət sonra sistem tam şəkildə İOS və Android platformlarındakı Facebook tədbiqinin yenilənməsi ilə işə düşəcək.

Qeyd edək ki, Facebook Whatsapp-ı satın aldıqdan sonra bir neçə yenilik edib. Məsələn, göndərilən mesajları gördükdə qoşa göy xətt görünür, bundan başqa artıq mesajlaşma xidmətinə zəng funksiyası da daxil edilib.
755 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
07.12.16, 10:54
Hətta bir yuxusuz gecə...
06.12.16, 11:00
Mosulda uğurlu əməliyyat
Go to TOP