Şrift ölçüsü:
A+
A
A-
Kr
08 Aprel 2015

Alı Alıyevin başı bəlada: Sahibkarlardan haqq istənilməsi ortalığı qarışdırdı

Füzulinin icra başçısının rayondakı dükanlarında məhsulların qiymətini artırılıb, iş adamlarını isə «süni artım»la şərləyib saxlayırlar

Fevralın 21-də dəyərdən düşən manatın fonunda Azərbaycan hökuməti mal və məhsulların qiymətinin artmayacağı barədə tədbirlər görməyə başlayıb. Həmin müddətdən bəri qiymət artımına getmiş əksər dükan və marketlər ya bağlanılıb, ya da külli miqdarda cərimə edilib.

Bakıda nəzarət funksiyası İqtisadi İnkişaf və Sənaye Nazirliyinin müvafiq qurumları tərəfindən həyata keçirilsə də, rayonda həmin məsələ yerli İcra Hakimiyyətlərinin ixtiyarına verilib. Əldə etdiyimiz məlumatlarda isə vurğulanır ki, bəzi icra başçıları dövlət başçısının məlum tapşırığını bir kənara qoyaraq, öz bildikləri kimi davramaqdadırlar.

Həmin xəbərlərdə deyilir ki, Füzulinin icra başçısı Alı Alıyev də manatın devalivasiyasından ciddi zərərə düşmüş məmurlardan hesab olunur. Mebel biznesində və market işlətmə sahəsində geniş imkanları olan icra başçısı düşdüyü zərəri camaatdan çıxarmaq fikrinə düşüb. Rayondan verilən məlumatda deyilir ki, Alı Alıyevin Horadiz qəsəbəsi və bir neçə məntəqələrdə yaxın adamlarına verdiyi marketlərdə qiymətlər digərlərindən fərqlənir. Qeyd edilir ki, bu fərqli qiymətlər bütün ərzaq və qeyri-ərzaq mallarına tətbiq edilib. Bu isə dövlət başçısının verdiyi göstərişin qulaqardına vurulması deməkdir.

O da qeyd olunur ki, Alı Alıyev özü qiymətləri artırsa da, rayondakı digər sahibkarları gözümçıxdıya salıb. Məsələn, dükan işlədən biznesmenlərdən pul tələb edildiyi vurğulanır. İddia olunur ki, icra başçısının göstərişinə əsasən sahibkarlar aylıq olaraq ona haqq verməlidirlər. Bu tapşırığa əməl etməyən sahibkarı isə «dükanda malların qiyməti süni bahalaşıb» ittihamı ilə saxlayıb, ağır şəkildə cəza kəsirlər. Yəni, həmin dükan sahibindən külli miqdarda pul alaraq, sərbəst buraxırlar.

Amma rayon sahibkarları artıq yaranmış vəziyyətdən bezdiklərini dilə gətiriblər. Onlar məcburiyyət qarşısında qalaraq, Prezident Admnistrasiyasına gedərək, dərdlərini onlara demək istəyirlər. Bunun baş verəcəyi təqdirdə isə Alı Alıyevin olanlara görə ciddi şəkildə cəza alacağı gözlənilir./jam.az/
572 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
30.11.16, 09:08