Şrift ölçüsü:
A+
A
A-
Kr
08 Aprel 2015

Mədət Quliyev çətin vəziyyətdə

Penitensiar Xidmətin rəisi ard-arda xoşagəlməz hadisələrlə üzləşir

Bakıda cəzaçəkmə müəssisəsində məhkum vəfat edib. Məhkum uzun sürən xəstəlikdən sonra ölüb. Vəfat edən 12 saylı Cəzaçəkmə Müəssisəsinin məhkumu 1967-ci il təvəllüdlü Əsgər Ələkbərovdur.
Onun ölümünə səbəb kimi ağ ciyər xəstəliyi göstərilir.
Bir neçə gün əvvəl isə Aznews.az Ədliyyə Nazirliyi yanında Penitensiar Xidmətin 7 saylı Cəzaçəkmə Müəssisəsində intihara cəhd olunması barədə məlumat yaymışdı.
Məlumatda deyilirdi ki, məhkumlardan biri həbsxana rəhbərliyinə etiraz əlaməti olaraq, damarlarını kəsib. Zərərçəkmişin yaxınlarının dediyinə görə, o, həbsxana rəhbərinin onu “kars”a salmasına etiraz edib: “Hazırda onun vəziyyəti ağırdır. Qorxularından xəstəxanaya da aparmayıblar. O da çoxlu qan itirib. Hazırda onun vəziyyəti kritikdir”.
Məsələ ilə bağlı Penitensiar Xidmət heç bir münasibət bildirməyib. Qurumun mətbuat xidmətindən deyilib ki, hadisə barədə yalnız sorğu vasitəsi ilə cavab verilə bilər. Lakin AzNews.az rəsmi sorğu göndərdikdən sonra, nə ona cavab verilib, nə də edilən saysız-hesabsız telefon zənglərinə.
Göründüyü kimi 14 saylı həbsxanada Elşad Babayevin öldürülməsi və “Lamiyə olayı” ilə gündəmə gələn Penitensiar Xidmətin rəisi Mədət Quliyev sözün əsl mənasında qara zolağa düşüb. Bəzi məlumatlara görə, bu hadisə unudulmamış həbsxanada ard-arda iki xoşagəlməz olayın baş verməsi verməsi Mədət Quliyevi çətin vəziyyətə salıb. Çünki hələ “Lamiyə olayı”nda onun vəzifəsini itirəcəyi barədə məlumat yayılmışdı. Mədət Quliyev bu hadisədə özünü çətinliklə qoruya bildi. Lakin indi baş verən hadisələr artıq Mədət Quliyevin rəqiblərinin əlinə onu “vurmaq” üçün yeni fürsət verib.
613 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber