Şrift ölçüsü:
A+
A
A-
Kr
27 Noyabr 2013

"Böyük bir səhv etdik..."

"Rasmussen karikatura böhranı ilə bağlı böyük səhv edib"

Danimarkada 2005-ci ildə baş verən karikatura böhranında adı tez-tez gündəmə gələn ölkənin Xarici İşlər naziri Per Stiq Möller, etiraf edib.

İnterAz türk mətbuatına istinadən xəbər verir ki, hazırda NATO Baş Katibi vəzifəsini icra edən Danimarkanın baş naziri Anders Foq Rasmussenin karikatura böhranını düzgün bir şəkildə həll etmədiyini söyləyən Möller , "Müsəlmanlarla daha çox dialog qurulmalı idi" deyib.

Danimarka Dövlət televiziyasına (DR) danışan Xarici İşlər naziri Per Stiq Möller, Rasmussenin karikatura böhranı vaxtı onunla görüşmək istəyən müsəlman ölkələrin səfirlərini geri qaytarmasını "böyük bir səhv" olaraq qiymətləndirib. Möller, "səfirlərlə görüşdə böhrana vaxtinda müdaxilə edə bilərdik. Bu problemi böyümədən əngəlləyə bilərdi. Ancaq böyük bir səhv etdik"-deyib.

Rasmussenin səfirlərin görüşünü rədd qərarını məsləhətləşmə olmadan atdığını ifadə edən Möller , "müsəlman ölkələrin səfirlərinin görüş tələb etdikləri məktub mənim masama heç gəlmədi. Hadisəni öyrənəndən sonra görüş tələbi çoxdan rədd edilmişdi və bu məni çox qəzəbləndirdi"-deyib.

Danimarkada nəşr edilən Jyyland -Posten qəzetinin, 30 Sentyabr 2005 tarixində Hz. Məhəmmədi (s) təhqir edən 12 karikaturası müsəlmanlar arasında kəskin reaksiya yaratdı. Daha sonra Danimarka dövlət səlahiyyətlilərinin üzr istəməməsi məsələnin qlobal miqyasda böhrana çevrilməsinə səbəb oldu. Dünyanın bir çox ölkəsində Danimarka səfirlikləri hücuma məruz qalmış və 2006-ci il boyunca 241 adam həyatını itirmiş, 790 nəfər yaralanmışdı.
1754 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber