Şrift ölçüsü:
A+
A
A-
Kr
08 Aprel 2015

İŞİD-in intihar əməliyyatlarında qadınların rolu!

Nur-az.com shia-news.com-a istinadən:

Misirin “Təkfir və İfratla Mübarizə Mərkəzi” İslam dünyasında intihar əməliyyatlarının artdığını xəbərdarlıq edərək onlarda qadınlardan da, istifadə edildiyi haqda məlumat verib. Məsələn, bu yaxınlarda İŞİD tərəfindən ictimai şəbəkələrdə misirli bir cavanın Liviyanın Ben Qazi şəhərində həyata keçirdiyi intihar əməliyyatına dair yayılan videolentlər onların böyük miqyasda cavan nəsli belə əməliyyatlara cəlb etdiklərini göstərir. Buna əsasən, cavan nəslin sıralarında qadınlara da, xüsusi maraq göstərilir və məlum faktlar üzrə intihari əməliyyatların on faizi onların əli ilə törədilir.

Misirin müftisinin müşaviri cənab İbrahim Nəcm bildirib ki, biz daim bütün sutka ərzində 90-a yaxın ifrat meyilli saytları izləyir və onların cavanları azdırmaqdakı missiyaları dəqiq tədqiq edildikdən sonra ifşası ilə əlaqədar qəti məlumat verəcəyik.

Son vaxtlar İŞİD qadınlardan cavanları öz sıralarına cəlb etməkdə cinsi vasitə kimi də, istifadə edir və onları tora saldıqdan sonra İraq, Suriya və hətta Avropada belə intihari əməliyyatlar törətməyə vadar edirlər.
602 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
Go to TOP